"Qarabağ"la oyunda günahlarını yumalıdırlar"

"İnter" klubunun sabiq futbolçusu İvan Kordoba komandanın İtaliya A Seriyasının son turunda "Kalyari"yə böyükhesablı məğlubiyyətinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, İtaliya mətbuatına danışan İ.Kordoba nəticəyə çox təəssüfləndiyini, ancaq futbolçuların bunu faciəyə çevirməməli olduqlarını bildirib.

"İnter"in Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyuna da toxunan İ.Kordoba futbolçuların bu görüşdə qalib gəlməklə günahlarını yumalı olduqlarını deyib:

"Kalyari" ilə oyundakı hesaba görə təəssüflənirəm. Ancaq futbolda bəzən belə səhvlər olur. Artıq bunu faciəyə çevirməyərək vəziyyətdən çıxış yolu tapmaq lazımdır. "İnter"in Avropa Liqasında oynaya biləcək futbolçuları var. "Qarabağ"la oyun futbolçuların günahlarını yumaları üçün əla şansdır".

Qeyd edək ki, İtaliya A Seriyasının 5-ci turunda evdə "Kalyari"yə 1:4 hesabı ilə uduzan "İnter" oktyabrın 2-də, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right