Messinin ən çox qol vurduğu klub ,"Real"

"Barselona"nın futbolçusu Lionel Messi maralı statistikası ilə diqqət çəkib.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, La Liqada "Qranada” ilə görüşdə fərqlənən argentinalı hücumçu vurduğu qolların sayını 401-ə yüksəldib.
 
Messi qolların çoxunu - 331-ni sol ayağı ilə vurub. Sağ ayağı ilə 53 dəfə fərqlənən 27 yaşlı ulduzun baş zərbəsi ilə vurduğu qolların sayı 15-dir.

Messinin ən çox qol vurduğu klub isə "Real"dır. O, indiyə kimi Madrid klubuna 21 qol vurub. Messinin ən çox qol vurduğu digər klub isə Madrid"Atletiko"sudur (20 qol).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right