Buffon "Yuventus"la müqavilə yeniləyir

"Yuventus" klubunun qapıçısı Canluici Buffon komandası ilə müqavilə yeniləyəcək.

Newsport.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi 36 yaşlı qolkiperi daha iki il komandada saxlamaq niyyətindədir.

Artıq tərəflər arasında razılıq əldə olunub və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right