Türkiyə PTT I Liqasında IV turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Mahir Şükürovun formasını geydiyi "Karşıyaka" klubu bu tur "Şanlıurfaspor"u qonağ edib.
Oyun meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib - 1:0. Meydana start heyətində daxil olan Mahir, 60-cı dəqiqədə əvəzlənib. Millimizin üzvü yerini Çiço Ofoeduya verib.
"Karşıyaka" arxada qalan 4 turda topladığı 4 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.