Kaxaber Sxadadze rəsmən Qazaxıstan klubunda

Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Qazaxıstanın "Kayrat" klubuna keçidi rəsmiləşib.

Newsport.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis "Kayrat"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Sxadadze yeni klubunda bir müddət öncə istefaya göndərilmiş Aleksandr Borodyuku əvəzləyib.

Qeyd edək ki, 2009 - 2014-cü illərdə "İnter"i çalışdıran Sxadadzenin son iş yeri Gürcüstan millisi olub. O, 2014-cü ilin noyabrından 2016-cı ilin fevralınadək ölkəsinin yığmasını çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right