Türkiyənin "Qalatasaray” klubunun bu gün baş tutan məşqində xoşagəlməz olay yaşanıb.
Newsport.az-ın məlumatına görə, İstanbul klubunun hollandiyalı baş məşqçisi Riekerink məşqə gec gələn futbolçunu meydançaya buraxmayıb.
Belə ki, "Real Madrid”dən transfer olunan ispaniyalı futbolçu Xose Rodrigez məşqə gecikib. Bunu görən baş məşqçi 21 yaşlı futbolçunu məşqdən qovub. Mütəxəssisin gənc yarımmüdafiəçiyə cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, Rodrigezin "Qalatasaray”la mövcud müqaviləsi 2019-cu ilin may ayında başa çatacaq. İspaniyanın gənclərdən ibarət milli komandasının üzvü İstanbul klubunda ilinə 800 000 avro qazanır.