"İnter"in müdafiəçisi ehtiyatlı danışdı

"İnter"də çıxış edən Andrea Ranokkiya "Qarabağ"la oyundan öncə mətbuata açıqlamalar verib..

Newsport.az-ın məlumatına görə,müdafiəçi təmsilçimizlə görüşün çətin keçəcəyini bildirib.

26 yaşlı futbolçu komandamız haqda ehtiyatlı danışıb: "Öz meydanımızda mübarizə aparacağıq. Ancaq bizi çətin oyun gözləyir. Çünki rəqib haqda məlumatımız azdır. Bununla belə, sübut etməliyik ki, "İnter" öz meydanında hər bir rəqibini üstələyə bilər. 

Qrup mərhələsinə yaxşı başlamışıq. Bu uğurun ardını gətirməliyik. Bizdə hər şey yaxşıdır. "İnter" peşəkar klubdur. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq hər bir oyuna məsuliyyətlə yanaşırıq".

"İnter" - "Qarabağ" dueli oktyabrın 2-də, Bakı vaxtı ilə 00:05-də başlanacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right