Millimizin rəqibləri üçün uğurlu gecə

Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandalar arasında bir neçə yoxlama matçı baş tutub.

Newsport.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə bir qrupda qərarlaşan kollektivlərdən də sınaq matçına çıxanlar olub.

Qrupun aşkar favoriti hesab olunan Almaniya İtaliya ilə qarşılaşıb. Almanlar bu görüşdə 4:1 hesabıyla qalib gəliblər. İlk yarıda Toni Kroos (24) və Məsut Özil (45) fərqlənib. Fasilədən sonra Yonas Hektor (59) və dublunu rəsmiləşdirən Özil (75, penaltidən) qol vurub. İtalyanların gücü yalnız təsəlli qoluna yetib.

Millimizin digər rəqibi Norveç doğma meydanda Finlandiya ilə qarşılaşıb. Norveçlilər 2:0 hesabıyla üstün olublar. Qolları 57-ci dəqiqədə fərqlənən Yo İnge Berget və 83-cü dəqiqədə rəqib qapısına yol tapan Stefan Yohansen vurub.

Çex Respublikası isə səfərdə İsveçlə üz-üzə gəlib. Millimizin rəqibləri arasında yalnız çexlər günü qələbəsiz başa vurublar - 1:1. Erkən qol buraxan Çex Respublikası yığması 26-cı dəqiqədə Matey Vidra ilə məğlubiyyətdən qaça bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right