"Barselona” ilə müqavilə imzalayanda dürüst düşündüm. Yaxşı oynayaraq, "Arsenal”a gedə bilərdim. "Barselona”ya keçmək üçün isə çox yaxşı oynamaq lazımdı”.
Newsport.az-ın məlumatına görə, bunu türkiyəli futbolçu Arda Turan deyib.
"Barselona”nın yarımmüdafiəçisi İspaniya mətbuatına açıqlamasında bu kluba keçidindən danışıb. "Atletiko”dan ayrılarkən "Arsenal”dan da təklif aldığını bildirən 29 yaşlı oyunçu seçim qarşısında qaldığını, lakin üstünlüyü "Barsa”ya verdiyini bildirib.
Ardanın "Arsenal” haqqındakı fikirləri London klubunun azarkeşlərini "twitter”də coşdurub. Azarkeşlər Arda üçün müxtəlif rəylər bildiriblər.
Cunner Report adlı azarkeş Ardanın ehtiyat oyunçular skamiyasında xoşbəxt olduğunu, Arsenaliac adlı azarkeş isə Ardanın ehtiyat oyunçular skamiyasında Serxi Roberto ilə yaxşı əylənə biləcəyini yazıb. MAPPhillips isə ardanın zibil parçası olduğunu qeyd edib.
Qeyd edək ki, Arda "Barselona”nın heyətində 12 oyun keçirərək 2 qol vurmağı bacarıb.