"Sent-Etyen"in hücumçusu sıradan çıxdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın hücumçusu Mövlud Ərdinç zədələnərək sıradan çıxıb.

"Marsel"lə səfər matçının ilk hissəsində arxa əzələsindən zədələnən türkiyəli futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 27 yaşlı futbolçunun "Avro-2016"nın seçmə mərhələsində Çexiya və Latviya ilə oyunlarda Türkiyə millisinə kömək etmək şansının çox az olduğu bildirilir.

Qeyd edək ki, "Marsel" - "Sent-Etyen" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right