İtaliya yığması Bakıya gələcək

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda daha bir qrupun oyunları yekunlaşıb.
Newsport.az-ın məlumatına görə,3-cü qrupda Bosniya və Herseqovina, Rusiya və Gürcüstan yığmalarını geridə qoyan İtaliya komandası bu mərhələni 1-ci pillədə başa vuraraq mayın 5-dən 21-dək Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.
Xatırladaq ki, daha əvvəl elit-raundun 8-ci qrupunda 1-ci yeri tutan Belçika yığması final mərhələsinə vəsiqəni təmin etmişdi.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right