Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya sequnda divizionunda növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "Kordoba"nın heyətində 30-cu turun "Numansiya" ilə səfər matçının start heyətində meydana çıxıb.
İsrafilov 83-cü dəqiqədə yerini Fransisko Xiskoya verib. Görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda "Kordoba" 47 xalla 4-cü pillədə qərarlaşıb. "Numansiya" isə 39 xalla 15-cidir. Eddi İsrafilov klubunun vacib oyunları ilə əlaqədar Azərbaycan yığmasının bu gündən Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışında və martın 26-da Qazaxıstanla yoldaşlıq görüşündə iştirak etməyəcək.