Türkiyə millisinin İstanbul toplanışı ləğv edildi

Türkiyə milli komandasının İstanbulda keçirəcəyi təlim-məşq toplanışı ləğv olunub. 

Newsport.az-ın məlumatına görə, bu qərar superliqada "Qalatasaray" - "Fənərbaxça" derbisinin təxirə salınmasından sonra qəbul edilib.

"Ay-ulduzlular" martın 21-də bir araya gələrək, "Kasımpaşa" stadionunda ilk məşqə çıxacaqdılar. 

Amma Türkiyə Futbol Federasiyası komandanın bu gün günorta vaxtı Antalyaya yollanmasına qərar verib. Türkiyə millisi bir neçə saatlıq istirahətdən sonra elə həmin şəhərdə axşam məşqinə çıxacaq. Martın 24-də isə İsveçlə yoldaşlıq görüşü keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right