"Qalatasaray" - "Fənərbaxça" oyunu təxirə salındı: terror təhlükəsi

Türkiyə superliqasının bu günə nəzərdə tutulan 26-cı turunun “Qalatasaray” – “Fənərbaxça” oyunu təxirə salınıb.

Newsport.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, İstanbul valiliyinin müraciəti və hər iki klubun razılığı əsasında müvafiq qərar çıxarılıb. Oyunun nə vaxt keçiriləcəyi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Türkiyə mətbuatı isə yazır ki, matç mümkün terror təhlükəsi səbəbindən başqa vaxta keçirilib. 

Qeyd edək ki, görüşün başlamasına bir neçə saat qalmış hüquq-mühafizə orqanları oyunun azarkeşlərin iştirakı olmadan keçirilməsi haqda qərar verib. Bu səbəbdən Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb.

Polisin bu qərarı azarkeşlərin və “Qalatasaray”ın etirazına səbəb olub. Bundan sonra klub oyunun təxirə salınması ilə əlaqədar müraciət edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ankara, dünən isə İstanbulda terror aktı həyata keçirilib. Nəticədə ümumilikdə 30-dan çox insan həlak olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right