Sabiq "Xəzər Lənkəran"lı Türkiyədə qol hesabını açdı

Türkiyə PTT I Liqasında IV turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, "Xəzər Lənkəran"dan "Samsunspor"a keçən Mbilla Etame yeni klubunda ilk qoluna imza atıb.

Kamerunlu forvard "Kayserispor"la matçda fərqlənib. Meydana start heyətində çıxan 26 yaşlı oyunçu, komandasını məğlubiyyətdən xilas edib. Belə ki, futbolçu 68-ci dəqiqədə hesaba tarazlıq gətirib. Bununla, Samsun klubu səfərdən 1 xalla qayıdıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right