Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına növbəti dəfə təyinat alıb.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, H qrupunun "Şaxtyor" (Donetsk) - "Portu" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
Qeyd edək ki, "Şaxtyor" - "Portu" görüşü sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.