UEFA-dan Putin forması geyinən futbolçuya gözlənilməz cəza

UEFA “Lokomotiv”in futbolçusu Dmitri Tarasovu cəzalandırıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna futbolçunun  Avropa Liqasının “Fənərbaxça” – “Lokomotiv” oyunundan sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan köynəyi nümayiş etdirməsi səbəb olub.

Qeyd edək ki, UEFA öz bayrağı altında keçirilən yarışlarda siyasi təbliğatı qadağan edir.

Qurumun qərarına əsasən, Tarasova 5 min avro məbləğində cəza kəsilib.

Qeyd edək ki, bu cəzanı Tarasov üçün yüngül hesab etmək olar. Bundan əvvəl onun avrokuboklardan 10 oyunluq uzaqlaşdırılacağı bildirilirdi.

Rusiya mətbuatı "Lokomotiv" klubu və futbolçunun özünün verilən qərardan razı qaldığını yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right