Türkiyəli FİFA referisi Qətərdə oyun idarə edəcək.
Newsport.az-ın məlumatına görə, Qətər Futbol Federasiyası bu məsələ üçün Türkiyə Futbol Federasiyasına rəsmən müraciət edib.
FİFA referisi Qətər Liqasında keçirilməli olan "Qətər” – "Əl-Sailiya” oyununu idarə edəcək. Onnun köməkçiləri Tarık Ongün və Alpalsan Dədəş olacaq.
Qeyd edək ki, Çakır bundan öncə Səudiyyə Ərəbistanında oyun idarə etmişdi. O, Səudiyyə Ərəbistanı Hakimlər Klomitəsinin sədri, sabiq ingiltərəli referi Hovard Uebbin müraciəti əsasında "Əl-Əhli” – "Əl-Şabab” oyununda ədaləti qorumuşdu.