“Millidən kənarda qaldığıma görə məyusam"– Eddi İsrafilov

“Artıq klubumda müntəzəm çıxış edirəm. Bu,  formaya düşməyimə kömək edir”.
 

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın və İspaniyanın “Kordoba” klubunun üzvü Eddi İsrafilov deyib.

24 yaşlı yarımmüdafiəçi millimizin martın 21-27-də Antalyada keçiriləcək təlim-məşq toplanışına  qatılmayacaq. O, İspaniya mətbuatına açıqlamasında bunun “Kordoba”nın vacib oyunu ilə bağlı olduğunu bildirib:

“Millidən kənarda qaldığıma görə məyusam. Ancaq bu qərarı mən verməmişəm. Baş məşqçilər belə qərar verdi. Klubuma görə bunu etməli idim.  Bu kimi hallar hər zaman baş vermir. Azərbaycan millisində oyamağa həmişə hazıram”.

İsrafilov Sequndada çıxış edən “Kordoba”nın La Liqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:  “Hazırda ikinci pillədəki komanda ilə aramızda cəmi 3 xal fərqi var. Vəziyyətimiz yaxşıdır. Növbəti turda “Numansiya”ya qalib gəlməliyik. Öz meydanımızda isə “Alaves”lə qarşılaşacağıq. Bundan sonrakı oyunlar bizim üçün həlledicidir. La Liqaya vəsiqə qazanmaq istəyiriksə, bundan sonra daha diqqətli olmalıyıq. “Alaves”lə görüş bizim üçün final oyunu kimi olacaq”.

Qeyd edək ki, “Kordoba” hazırda 46 xalla 5-ci pillədə qərarlaşıb.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right