Buffondan yeni rekord: Del Pyeronu geridə qoydu

"Yuventus”un və İtaliya milli komandasının  qapıçısı Canluici Buffon yeni rekorda imza atıb. 
Newsport.az saytının məlumatına görə, təcrübəli  qolkiper buna Çempionlar Liqasının 1/8 final mərələsinin cavab qarşılşamaları çərçivəsində "Bavariya” ilə oyunda nail olub. 
"Alyans Arena”da baş tutan qarşılaşmada 120 dəqiqə meydanda olan kiper "Yuventus”un Çempionlar Liqasında ən  çox oynayan futbolçusu adını ələ keçirib. O, bu göstərici ilə Turin təmsilçisinin əfsanəvi futbolçusu Alessandro del Pyeronun rekordunu yeniləyib.
Qeyd edək ki, "Bavariya” – "Yuventus”oyunu meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə, "Bavariya” adını növbəti mərhələyə yazdırmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right