Arda Turan: “Fənərbaxça”ya keçsəm, bütün hörmətimi itirərəm"

"Barselona”nın türkiyəli futbolçusu Arda Turan ölkəsinin məşhur "Hürriyət” qəzetinə geniş müsahibə verib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu "Qalatasaray”ın əzəli rəqibi "Fənərbaxça”da oynamaq prespektivi haqda danışıb: 

"Əvvəl "Qalatasaray”da 2.2 milyon avro alırdım. Əziz Yıldırım mənə 7 milyon avro təklif etdi. Əziz bəy dəfələrlə telefonuma zəng etdi. "Fənərbaxça”ya keçsəm, bütün hörmətimi itirərəm. Bu qədər sevgi pulla ölçülməz. Amma "Beşiktaş”a simpatiyam həmişə olub”.

O, "Barselona”dakı komanda yoldaşlarının özlərini sadə aparmaqlarından da danışıb: "Futbolçular arasında münasibətlər əladı. Hamı eqosunu üstələyib. Mən Bayrampaşanın, Neymar Brazilyanın, Messi Argentinanın kənar məhəllələrində böyüyüb. Edə biləcəyimiz ən yaxşı iş futbol oynamaqdı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right