Totti “Roma”nın təklifinə “yox” dedi: ABŞ-a gedir

İtaliyanın "Roma” klubunun prezidenti Hames Pallotta əfsanəvi futbolçu Françesko Tottinin komandadakı gələcək taleyi barədə danışıb. 
Newsport.az-ın məlumatına görə, o, İtaliya mətbuatına verdiyi açıqlamada Tottinin komandada qalmaq variantının az olduğunu bildirib: "Həqiqətən, Françesko ilə bağlı vəziyyət çətindir. Mən ona komandada rəhbər vəzifələrdən birini təklif etmişəm.  Lakin o, oynmağı üstün tutur. ABŞ-ın bir neçə klubu – "Mayami” və "Nyu York Siti” onun xidmətində maraqlıdır.”
 
Qeyd edək ki, Totti 1991-ci ildən "Roma”da çıxış edir. O, paytaxt klubunun heyətində 592 oyun keçirib və 244 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right