Umut Bulut ad günündə atasını torpağa tapşıracaq

Xəbər verdiyimiz kimi "Qalatasaray”ın və Türkiyə milli komandasının futbolçusu Umut Bulutun atası Kamal Bulut ötən gün Türkiyənin Ankara şəhərində baş verən terror aktı nəticəsində dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, Umutun atası ötən gün Türkiyə Super Liqasında baş tutan "Gənclərbirliyi” – "Qalatasaray” oyununu izləyib. O, evinə qayıdarkən terrorun qurbanı olub.  
 
Türkiyə mətbuatında yer alan məlumata görə,Umutun atası sabah Kayseri qəbristanlığında torpağa tapşırılacaq.  Diqqəti çəkən məqam burasındadır ki, Umut sabah ad gününü qeyd etməli idi. O, sabah 33 yaşını qeyd edəcəkdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right