"İnter" "Fənərbağça"nın futbolçusunu transfer edir

İtaliyanın "İnter" klubu "Fənərbağça"nın futbolçusu Canər Erkini transfer edir.

Newsport.az-ın  məlumatına görə, bu barədə xəbəri İtaliyanın "Corriere della sport" qəzeti yayıb. 

Xəbərə əsasən Milan təmsilçisi müdafiəçi ilə transferin prinsipial razılığını əldə edib. Mövsümün sonunda Caner İtaliyaya yollanacaq. Onunla imzalanacaq müqavilənin müddəti isə 3 il olmalıdır. Buna əsasən Canerin illik məvacibi 1 milyon 800 min avro təşkil edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right