Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor” klubunun yeni baş məşqçisinin adına atdınlıq gəlib. Tolunay Kafkasın iostefasından sonra baş məşqçi postuna Hakan Kutlu ilə razılıq əldə edib.
Bu barədə "Kayserispor”un prezidentinin vəkili Oğuz Ortaköyoğlu məlumat verib. O, Kutlu ilə ilkin razılıq əldə etdiklərini bildirib: "Kutlu ilə uğurlu oyunlar seriyamızın başlayacağını düşünürük. Növbəti oyunlarda autsayderlər qrupundan çıxamağımıza inanıram.”
Qeyd edək ki, bu günlərdə tərəflər arasında 1.5 illik müqavilə imzalanacaq.