Türkiyə superliqasında 24-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma keçirilib.
"Beşiktaş" öz meydanında autsayder "Eskişehirspor"u qəbul edib. Bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılan "qara qartal" lider "Fənərbaxça" ilə xal fərqini 2-yə endirib.
Qeyd edək ki, "Beşiktaş" "Fənərbaxça" ilə müqayisədə bir oyun az keçirib.
Əlavə edək ki, "Beşiktaş" 54 xalla 2-ci, "Eskişehirspor" isə 17 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
7 mart
Türkiyə superliqası, 24-cü tur
"Beşiktaş" - "Eskişehirspor" - 3:1
Qollar: Hatçinson, 29 (1:0), Qomez, 36 (2:0), 70 (3:0), Hadziç, 89 (3:1)