Azərbaycan milli komandasının futbolçu Emil Balayevin formasını geyindiyi "Ayntraxt”ın baş məşqçisiz qalmasından xəbərdarsınız. Bundes Liqa klubu ardıcıl uğursuz oyunların ardından Armin Fe ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə,hazırda baş məşqçi axtarışında olan Frankfurt klubu üçün bir neçə variant var. "Bild”in məlumatına görə, komanda türkiyəli müttəxəssis Tayfun Korkuta tapşırıla bilər. Yayda Korkutu baş məqçi təyin etmək istəyən frankfurtlular bu arzularını indi yerinə yetirə bilərlər.
Qeyd edək ki, Tayfun Korkut daha öncə də Bundes Liqa klubunu çalışdırıb. O, 2014-cü ildə "Hannover”in uğurları üçün tər töküb.