Türkiyə həvəskarlar liqasında arzuolunmaz hadisə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, Balıkəsirdə baş tutan qarşılaşmalardan birinin gedişində yan xətt hakimi Halil Berke Aygün anidən yerə yıxılıb. Matçın 32-ci dəqiqəsində baş verən hadisədən sonra Halil dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünyasına dəyişən hakimin 17 yaşı var idi.