Sneyder istədi, o mütəxəssis “Qalatasaray”a baş məşqçi təyin olundu

"Qalatasaray”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, Mustafa Dənizlinin istefasından sonra iki oyunluq "Qalatasaray”ın sükanı arxasına keçən Orhan Atık üçün "Başakşəhər”lə qarşılaşma əsas komandanın baş məşqçisi kimi son oyun olacaq. 
 
Bundan sonra komandanı meydana İstanbul təmsilçisinin aşağı yaş qrupları üzrə məşqçisi  Yan Olde Riekerink çıxaracaq. Ona işin icrasında Klaudio Taffarel və Orhan Atık köməklik edəcək.  Hollandiyalı mütəxəssisin postda nə qədər qalacağı isə bəlli deyil.
 
Qeyd edək ki, Riekerinki baş məşqçi postuna namizəd kimi "Qalatasaray”ın ulduz futbolçusu Uelsli Sneyder rəhbərliyə məsləhət görmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right