Muslera "Qalatasaray"dan gedir

"Qalatasaray"ın qapıçısı Fernando Muslera mövsümün sonunda komandadan ayrılacaq.

Newsport.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna "Cim Bom"un bir il müddətinə avrokuboklardan kənarlaşdırılması səbəb olub.

"Qalatasaray"ın növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyini nəzərə alan 29 yaşlı qolkiper klubunu dəyişmək qərarına gəlib. Hələlik onun karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil.

Qeyd edək ki, Musleranın "Qalatasaray"la 2018-ci ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right