Ranyeri “Lester”i İtaliya millisinə dəyişir?

Yayda Fransada baş tutacaq "Avro 2016”nın Final Mərhələsindən sonra İtaliya milli komandası baş məşqçisiz qalacaq. 

Newsport.az saytının məlumatına görə, hazırda milli komandanı çalışdıran Antonio Konte "Çelsi” yolunu tutacaq. Bu barədə məlumatı "Çelsi”nin prezidenti Roman Abramoviç də təsdiqləyib. O, futbolçulara növbəti mövsümdən Kontenin başçılığı altında oynayacaqlarını bildirib. 

İtaliya mətbuatı isə, artıq milli komanda üçün məşqçi axtarışına başlayıb. Həmkarlarımız posta namizəd ilk şəxs kimi İngiltərə Premyer Liqasının sürpriz lideri "Lester”in baş məşqçisi Klaudio Ranyerini qələmə alıblar. 

Lakin Ranyerinin milli komandada işləmək fikri yoxdur.  Bu barədə danışan mütəxəssis bütün söz-söhbətlərə son qoyub: "Son vaxtar milli komandanı çalışdırmışam. Amma, orada yaxşı işlər görə bilməmişəm. Bütün bunlar sadəcə şaiyədir. Mən hazırda "Lester”dəki hədəflərimə  köklənmişəm. ”
 
Qeyd edək ki, Ranyeri son olaraq Yunanıstan milli komandasında işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right