Türkiyə millisinin üzvü Çin Super Liqasının tarixinə düşdü

Bir çox məşhur futbolçuların çıxış etdiyi Çin Super Liqasına strart verilib.

Newsport.az saytının məlumatına görə, çempionatın ilk oyunu Türkiyə milli komandasının üzvü Ersan Adəm Gülüm üçün yaddaqalan olub. 
 
Dövrlərarası fasilədə "Beşiktaş”ı "Habey Fortuna”ya dəyişən futbolçu Çində keçirdiyi ilk oyununda böyük bəxtsizlik yaşayıb. Milli üzü 11-ci dəqiqədə topu öz qapısından keçirərək böyük bəxtsizlik yaşayıb. 
 
Məhz Ersanın avtoqolu Çin Super Liqasında yeni mövsümün ilk qolu kimi yadda qalıb. Ersan çox keçmədən daha bir qol vurub. O, qarşılaşmanın 28-ci dəqiqəsində rəqib qapısını da silkələyərək günahını yumağı bacarıb. 
 
Qarşılaşma Ersanın komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right