Türkiyə kubokunda 1/4 finalın cavab oyunlarına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutub.
Evdə "Amedspor"a 3:1 hesabı ilə qalib gələn "Fənərbaxça" yarımfinala adlayıb. "Beşiktaş" isə səfərdə "Konyaspor"a 0:1 hesabı ilə uduzaraq kubokla vidalaşıb.
Qeyd edək ki, kubokun yarımfinalında "Fənərbaxça" və "Konyaspor"la yanaşı, "Qalatasaray" və "Rizəspor" klubları da mübarizə aparacaq.
3 mart
Türkiyə kuboku, 1/4 finalın cavab oyunu
"Fənərbaxça" - "Amedspor" - 3:1
Qollar: Topuz, 31 (1:0), Fernandao, 40 (2:0), İçer, 77 (2:1), Nani, 88 (3:1)
İlk oyun - 3:3
"Konyaspor" - "Beşiktaş" - 1:0
Qol: Meha, 84 (1:0)
İlk oyun - 2:1