Sneyder açıqladı: “Qalatasaray”dan ayrılır?

Hollandiya milli komandasının üzvü Uesli Sneyder "Qalatasaray”dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Newsport.az-ın məlumaın görə, Türkiyə kubokunda "Akhisar”la oyundan sonra (1-1) jurnalistlərin suallarını cavablandıran ulduz futbolçu İstanbul klubunu tərk etmək fikrində olmadığını bildirib: "Mən "Qalatasaray”da çox xoşbəxtəm. Növbəti mövsüm də "cim bom”un uğurları üçün çalışacam.”

Təcrübəli futbolçu həmçinin "Qalatasaray”a UEFA tərəfindən verilən cəzailə bağlı açıqlama verib. O,  qərarın sürpriz olmadığını açıqlasa da, üzücü olduğunu vurğulayıb: "Düşünürəm ki, UEFA-nın cəzası bizim üçün sürpriz deyil. Ancaq çox üzücü qərardı. "Qalatasaray” bütün mövsümlərdə Avropada oynamağa layiq komandadı.”
 
Qeyd edək ki, Sneyderin bir müddət öncə "Qalatasaray”ın sabiq baş məşqçisi Mustafa Dənizli ilə münasibətləri soyumuşdu. Məhz buna görə, də ulduz futbolçu son oyunları ehtiyat oyunçular skamiyasından izləmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right