"Qalatasaray” rəsmən baş məşqçisiz qalıb.
Newsport.az-ın məlumatına görə, bu gün klubdaxili iclas keçirilib və Dənizlinin istefası qəbul olunub.
Qeyd edək ki, Mustafa Dənizli Hamza Hamzaoğlunun istefasından sonra komandaya baş məşqçi təyin olunmuşdu. O, ardıcıl uğursuz çıxışların ardından istefa ərizəsini rəhbərliyə təqdim etmişdi.