Burak Yılmaz “Qalatasaray”da olduğu kimi...

Türkiyə milli komandasının üzvü Burak Yılmazın Çinin "Pekin Quoan” klubunda neçə nömrəli forma altında çıxış edəcəyi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Pekin təmsilçisi rəsmi "twitter” səhifəsində yeni futbolçularının nömrələrini açıqlayıb. Burak  "Qalatasaray”da olduğu kimi, Çin klubunda da "17” nömrəli forma altında çıxış edəcək. 
 
Qeyd edək ki, Burak mövsümlərarası fasilədə Çin klubuna üz tutub. Pekin təmsilçisi bu transferə görə "Qalatasaray”a 8 milyon ödəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right