"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli komandadan ayrılmaq üzrədir.
Newsport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis klubun "Florya Metin Oktay" bazasına gedərək futbolçular və klub əməkdaşları ilə vidalaşıb.
O, daha sonra "Qalatasaray"ın prezidenti Dursun Özbeklə görüşüb. Superliqanın 23-cü turunda səfərdə "Qaziantepspor"a məğlubiyyətdən (0:2) sonra istefa vermək qərarı aldığı bildirilən türkiyəli mütəxəssis komandanın bu gün baş tutan məşqinə də çıxmayıb.
Qeyd edək ki, Mustafa Dənizlinin gün ərzində istefasının rəsmən açıqlanacağı gözlənilir.