"Qalatasaray"da son durum

"Qalatasaray"ın uğursuz çıxışları baş məşqçi Mustafa Dənizlinin istefa verməsi ilə nəticələnə bilər.

Newsport.az-ın məlumatına görə, son turda "Qaziantepspor"a məğlub olan "cim-bom"un baş məşqçisi Mustafa Dənizli istefa verəcəyini açıqlayıb. Superliqanın son qalibinin çalışdırıcısı oyundan sonra jurnalistlərə açıqlamasında bugünlərdə klub rəhbərliyi ilə görüşərək qərarını açıqlayacağını deyib.

Qeyd edək ki, 2013-2014-cü illərdə “Xəzər Lənkəran”nı  çalışdırmış Dənizli 2015-ci ildən “Qalatasaray”a rəhbərlik edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right