Bu, mətbuatın uydurmasıdır - Luis Enrike

"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Luis Suaresin kökəldiyi ilə bağlı yayılan xəbərlərə münasibət bilirib.

Newsport.az -ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxxəssis uruqvaylı hücumçunun kökəlmədini deyib:

"Suares gombul deyil. Bu, mətbuatın uydurmasıdır. O, "Liverpul"da necə idisə, indi də elədir. Suares kökəlməyib".

Qeyd edək ki, "Barselona"nın əvəzedici komandasının İndoneziyanın U-19 komandası ilə yoldaşlıq matçının videoyazısında Suaresin kökəldiyi diqqət çəkib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right