Ərdoğanın vəkili Hakan Şükürü məhkəməyə verib

Türkiyə millisinin sabiq futolçusu Hakan Şükür məhkəməyə verilib.

Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun  “Twitter” səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi səbəb olub.

Bundan sonra Ərdoğanın vəkili Əhməd Özəl və Bəkir Savram adlı bir vətəndaş H.Şükür məhkəməyə verib.

B.Savramın vəkili tərəfindən təqdim edilən iddianamədə H.Şükürün 1 ildən 4 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib. H.Şükür isə yazdığı tvitin Ərdoğana aid olmadığını bildirib.

Asliye Məhkəməsi iddianəməni qəbul edərək məhkəmə prosesi təyin edib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right