“Trabzonspor” rəsmisi hakimə qırmızı vərəqə göstərən futbolçu ilə fəxr edir

Türkiyənin "Trabzonspor” klubunun prezidentinin köməkçisi Əhməd Çubukçu ötən gün Super Liqanının XXII turu çərçivəsində baş tutan "Qalatasaray” – "Trabzonspor” oyunu barədə danışıb. 
Newsport.az-ın məlumatına görə, klub rəsmisi oyun ərzində Trabzon təmsilçisinin qapısına 1 penalti təyin edən və 4 futbolçuya qırmızı vərəqə göstərən baş hakim Dəniz Ateş Bintelin cəzalanmasını istəyib. O, referinin ən sərt sanksiya ilə cəzalanmalı olduğunu vurğulayıb.
Çubukçu həmçinin qarşılaşmanın 87-ci dəqiqəsində haskimə qırmızı vərəqə göstərən və meydandan qovulan futbolçu Salih Dursunun komandadakı gələcək taleyi barədə danışıb. Dursunla fəxr etdiyini deyən klub rəsmisi ona heç bir cəza verməyəcəkjlərini və futbolçunun müqavilə müddətinin artırılacağını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right