Messi Suaresi səbirsizliklə gözləyir

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Luis Suares haqda danışıb.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçu haqda müsbət fikirlər səsləndirib:

"Onun "Liverpul"dan "Barselona"ya keçməsi çox yaxşı oldu. Suareslə birlikdə daha güclü komanda olacağımıza inanıram.  Onun "Barsa"nın əsas komandasında oynamasını səbirsizliklə gözləyirik".

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-i başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right