"Qalatasaray”ın baş məşqçisi Mustafa Dənizli komandadan gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, mütəxəssis Avropa Liqasında "Latsio”nu qəbul edəcəkləri oyundan öncə mətbuat konfransı keçirib. Türkiyəli mütəxəssis komandadan getməsi ilə bağlı çıxan xəbərlərə belə reaksiya verib:
"Qalatasaray”dan göndəriləcəyimlə bağlı heç bir həyəcanım olmayıb. İş həyatımda heç vaxt həyəcanla çalışmamışam. Mənim də uğursuz günlərim olub. Mən sadəcə, işimi görüb və az səhv etməyi düşünürəm. Bu gün uğursuz günlər yaşayırıqsa bunun keçmişlə heç bir əlaqəsi yoxdu. Bura "Qalatasaray”dı. "Qalatasaray”ın nə olduğunu və necə geridönüş edəcəyini birlikdə görəcəyik.
Qeyd edək ki, Mustafa Dənizli Hamza Hamzaoğlunun istefaya göndərilməsindən sonra "Qalatasaray”a baş məşqçi təyin olunub.