Ulduz futbolçu Çin klubunda

Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirə bilər. Söhbət Nigaeriya milli komandasının forvardı Obafemi Martinsdən gedir.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçu Çinin "Şanxay Xeuna” klubu ilə anlaşıb. O, bu gün yeni komandasının düşərgəsinə qoşulub. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. 
Qeyd edək ki, Martins zəngin karyeraya malikdir. Ulduz futbolçu 16 yaşında peşəkar futbola başlayıb. O, karyerası ərzində "İnter” (Milan), "Nyukasl”, "Volfsburq”, "Rubin” və "Levante” kimi klublarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right