"Qalatasaray"ın futbolçusu Burak Yılmazın Çinin "Beijing Guoan" klubuna keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, türk hücumçu Çin klubu ilə münasibətlərini rəsmiləşdirib.
Burak Yılmaz yeni klubunun forması ilə çəkdiyi ilk şəkli "İnstagram" hesabında paylaşıb.
Qeyd edək ki, B.Yılmaz 2012-ci ildən "Qalatasaray"da çıxış edirdi.