"Milan" Noserino ilə yollarını ayırdı

"Milan" futbolçusu Antonio Noserino ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

İtaliyalı yarımmüdafiəçinin karyerasını Amerikada davam etdirəcəyi gözlənilir. Kakanın da formasını geyindiyi "Orlando Siti"nin Noserino ilə yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Noserino cari mövsüm "Milan"ın heyətində cəmi 3 oyun keçirib.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right