Türkiyə milli komandasının üzvü, son olaraq Türkiyə Super Liqasında mübarizə aparan "Sivasspor”da çıxış edən Batuhan Karadənizin yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, "Beşiktaş”ın yetirməsi karyerasını İsveçrədə davam etdirəcək. Bu barədə 24 yaşlı futbolçunun özü məlumat verib. O, "Sant Qallen” klubu ilə münasibətlərini rəsmiləşdirdiyini açıqlayıb.
Qeyd edək ki, Batuhan 2008-ci ildən Türkiyə milli komandasına dəvət alır. O, millinin heyətində 2 oyun keçirib.