"Qalatasaray”ın forvardı Burak Yılmazın Çinin "Pekin Gouan” klubuna keçməsindən xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, Burak bu gün komanda yoldaşları ilə vidalaşıb. Belə ki, hücumçu bu gün komandanın düşərgəsinə baş çəkərək komanda yoldaşları ilə vidalaşıb.
O, vida mərasiminda komanda yoldaşları ilə vidalaşıb və göz yaşları ilə "Qalatasaray”ı onlara əmanət etdiyini bildirib: "Qalatasaray”da kuboklar, çempionluqlar yaşadım. Sadaladıqlarımı sizin sayəsində etmişəm. Qəlbim həmişə sizinlə olacaq. Türkiyənin ən böyük komandasındasınız. "Qalatasaray”ı sizə əmanət edirəm. Mənim üçün hazırlanan tort çox şirindi. Amma mənim həyatımın ən acı tortu da budur.”
Qeyd edək ki, Burak sabah Türkiyəni tərk edəcək və yeni komandasının düşərgəsinə qoşulacaq.