UEFA "Maliyyə Fair Play"araşdırmasına başladı

UEFA yeddi klubun "Maliyyə Fair Play" qaydalarını pozub-pozması ilə bağlı araşdırmalara başladığını rəsmən açıqlayıb.

Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, sözügedən klublar "Liverpul", "Monako", "Roma", "İnter", "Beşiktaş", "Sportinq" və "Krasnodar"dır.


Adları qeyd olunan 7 klubun 2012/2013 mövsümü üçün göndərdikləri maliyyə sənədlərində "Maliyyə Fair Play" qaydalarını pozduğu üzə çıxıb.  UEFA sözügedən klublardan əlavə sənədlər istəyib. Həmin sənədlərə əsasən yekun qərarın açıqlanacağı bildirilib.

Qeyd edək ki, əgər sözügedən klubların qaydalara əməl etmədiyi təsdiqini taparsa, həmin klublar avrokuboklarda alacaqları gəlirdən məhrum ediləcəklər.

Xatırladaq ki, UEFA-nın 4 klubu - "Liverpul, "Monako", "İnter", "Roma"nım "Maliyyə Fair Play" testindən keçirəcəyi gözlənilirdi. Lakin bu siyahıya "Beşiktaş", "Sportinq" və "Krasnodar"da əlavə olunub





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right