PSJ-nin hücumçusu Çin klubu ilə anlaşdı

PSJ-nin hücumçusu Esekiel Lavezzi yeni mövsümdən karyerasını Çində davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, argentinalı futbolçu Çinin "Hebey Çjuntsi" klubu ilə anlaşıb.

Daha öncə 30 yaşlı futbolçuya İtaliyanın "İnter" klubu rəsmi təklif göndərib. Lakin Milan təmsilçisinin təklifini rədd edən Lavezzinin Çin klubu ilə iki illik müqavilə imzalayacağı gözlənilir. O, yeni komandasında ilk ilində 13, ikinci ilində isə 13 milyon avro qazanacaq.

Qeyd edək ki, Lavezzi 2012-ci ildə "Napoli"dən PSJ-yə transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right